Bakıda gənc qız kişini intim şəkillərinə görə şantaj etdi
Bakıda gənc qız kişini intim şəkillərə görə şantaj edib.
BAKU.WS-in Sputnik Azərbaycan-a istinadla verdiyi məlumata görə, 20 iyul tarixində Nizami rayonunun 25-ci polis bölməsinə müraciət edən 35 yaşlı şəxs şantaj olunduğunu bildirib.
Şikayətçi iddia edir ki, o internet vasitəsi ilə Səkinə adlı qızla tanış olub. Növbəti gün yazışmadan sonra Səkinə qarşı tərəfdən 1 100 manat pul tələb edib. O bildirib ki, istədiyi məbləği verməyəsə onun çılpaq şəkillərini sosial şəbəkələrdə yayacaq. 35 yaşlı kişi pulu verməyəcəyi təqdirdə biabır olunacağını və bundan narahat olduğunu söyləyib.
Faktla bağlı polis araşdırmalara başlayıb.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda "Facebook"da tanış olduğu oğlanla intim əlaqədə olan qız polisə müraciət etdi
Bakının Nəsimi rayonunda gənc qız şantaj olunması ilə bağlı polisə şikayət edib. BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, Samirə Əliyeva (ad və soyad...