Bakıda 13 yaşlı qızı şantaj edən şəxs tutuldu (FOTO, VİDEO)

Bakıda 13 yaşlı qızı şantaj edən şəxs tutuldu (FOTO, VİDEO)
Video
Hadisə 2814

 

Bakıda 13 yaşlı qızı fotoları ilə şantaj edib pul tələb edən şəxs tutulub.

BAKU.WS musavat.com-a istinadən məlumat verir ki, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən şəxs 13 yaşlı qızının sosial şəbəkə vasitəsilə şantaj edildiyini bildirib. 13 yaşlı qız valideynlərindən xəbərsiz sosial şəbəkələrdən birində qeydiyyatdan keçib. O, orada başqa bir qızla tanış olub. Söhbət əsnasında tanış olduğu qız ondan profil fotosunun olmamasının səbəbini soruşub. 13 yaşlı qız "sosial şəbəkədən valideynlərimdən xəbərsiz istifadə edirəm, bilsələr məni öldürərlər” cavabını verib və bu səbəbdən profil fotosunun olmadığını yazıb.

Yazışdığı şəxs "mən sənə şəkil göndərsəm, sən də mənə şəkillərini yollayarsan?” soruşub və 13 yaşlı qız buna razılaşıb. Beləliklə, yeniyetmə qız şəkillərini göndərib. Bundan sonra qarşı tərəf qız yox, oğlan olduğunu yazıb və şantaja başlayıb.

Şantaja məruz qalan məktəbli bu barədə ailəsinə məlumat verib. Onlar isə polisə müraciət ediblər. Aparılan əməliyyat tədbirləri ilə yeniyetməni şantaj edənin Şamil Əzizbəyov küçəsində qeydiyyatda olan, faktiki olaraq isə Faiq Yusifov küçəsi ev 37, mənzil 40-da yaşayan 26 yaşlı Namiq Eldar oğlu olduğunu müəyyən edilib. Əməliyyatçılar onu 13 yaşlı qızdan tələb etdiyi 250 manatı almağa gələn zaman tutublar.

Araşdırmalar zamanı məlum olub ki, 26 yaşlı gənc sosial şəbəkələrdə qız adı ilə qeydiyyata düşərək, yeniyetmə qızlarla tanış olub. Onlardan şəkillərini alan Namiq sonradan oğlan olduğunu bildirib və müxtəlif tələblər irəli sürüb.

Namiq Əliyevin mobil telefonuna baxış keçirilərkən, müxtəlif sosial şəbəkələrdə qız adı ilə qeydiyyatdan keçdiyi aşkar edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda manyak peyda olub: hədəf uşaqlardı

Bakıda manyak peyda olub: hədəf uşaqlardı

Bakıda uşaqlara qarşı təhqiramiz hərəkətlər edən manyak peyda olub. BAKU.WS lent.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl 37 yaşlı qadın 8-ci Polis Bölmə...

2496 Hadisə 17:32 30 mart 2016

Son xəbərlər