Bakıda manyak peyda olub: hədəf uşaqlardı

Bakıda manyak peyda olub: hədəf uşaqlardı
Hadisə 2496

 

Bakıda uşaqlara qarşı təhqiramiz hərəkətlər edən manyak peyda olub.

BAKU.WS lent.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl 37 yaşlı qadın 8-ci Polis Bölməsinə müraciət edərək Oqtay adlı şəxsin Mikayıl Useynov küçəsində onun oğluna qarşı alçaldıcı hərəkət etdiyini deyib. Şikayətçi bildirib ki, həmin şəxs 13 yaşlı oğlanın 20 manat pulunu alıb. Daha sonra isə yeniyetmənin üzərinə təbii ehtiyacını yerinə yetirdikdən sonra pulu qaytarıb. 

Oxşar müraciətlə başqa bir qadın da polisə müraciət edib. 35 yaşlı həmin şikayətçi bildirib ki, Oqtay adlı şəxs M.Useynov küçəsində onun 11 yaşlı oğluna qarşı alçaldıcı hərəkətlər edib. Belə ki, Oqtay adlı şəxs uşağı bıçaqla hədələyərək 80 manatını alıb və daha sonra onun üzərinə təbii ehtiyacını ödəyib.

Artıq uşaqlara qarşı alçaldıcı hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib. Məsələ ilə bağlı araşdırmalar aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ögey ata 8 yaşlı qızını zorladı

Bakıda ögey ata 8 yaşlı qızını zorladı

Bakı polisinə 8 yaşlı qızın ögey atası tərəfindən zorlanması ilə bağlı şikayət daxil olub. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Maştağa qəsəbəsində baş...

16657 Hadisə 14:28 25 mart 2016

Son xəbərlər