Azərbaycanda 24 yaşlı oğlan 57 yaşlı kişi sevgilisini şantaj etdi
21
avq
2017
19:30
Abşeron rayonunda yaşayan 24 yaşlı E.M. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, hədə-qorxu gəlməklə və şantaj yolu ilə pul tələb etməkdə şübhəli bilinir.BAKU.WS “Sputnik”ə istinadən xəbər verir ki, saxlanılan şəxs 57 yaşlı Bakı sakini ilə tanış olub. Kimin kimi başdan çıxardığı məlum olmasa da, tezliklə 33 yaş fərqləri olan kişilər arasında sevgi macərası başlayıb. Ən maraqlısı isə odur ki, 57 yaşlı Bakı sakini evlidir.Sən demə, 24 yaşlı Abşeron sakini yaşlı sevgilisi ilə danışıqlarını telefonun yaddaşına yazırmış və avqustun 14-də bildirib ki, əgər 3600 manat verilməsə, həmin danışıqları sosial şəbəkələrə yerləşdirəcək və dünənə qədər eşq elan etdiyi kişini biabır edəcək.Gənc sevgilisinin onu biabır etməməsi üçün biseksual Bakı sakini tələb olunan məbləği verir, lakin az sonra bununla bağlı polisə müraciət edir.Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu gəlməklə pul tələb etmə) maddəsi üzrə cinayət işi başlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda gənc qız kişini intim şəkillərinə görə şantaj etdi
Bakıda gənc qız kişini intim şəkillərə görə şantaj edib. BAKU.WS-in Sputnik Azərbaycan-a istinadla verdiyi məlumata görə, 20 iyul tarixində Nizami rayonunun...