Bakıda dostunu ürəyindən bıçaqlayaraq öldürən şəxs barədə QƏRAR VERİLDİ
03
iyl
2018
15:25
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.O, məhkəmənin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində baş verib.Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb. Hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar. Hadisədən 10 gün əvvəl internet klubda onlar arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib. Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Z.Qasımov X.Məmmədovu kənara çağırıb.O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı dostunun döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər X.Məmmədovu xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda şəhid qızını öldürən şəxs 5 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi...