Bakıda bəylə gəlin toya buraxılmadı - Deputatdan şok addım
24
sen
2017
11:02
Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov övladına toy edib.BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, həmkarı Cavanşir Feyziyevlə quda olan millət vəkilinin dəvətnamə göndərdiyi şəxslər arasında Milli Məclisin spikeri Oktay Əsədov da olub.Lakin, işlərinin çoxluğundan spiker məclisə ənənəvi saatda yox, 20:30-da gəlib çatıb. İşin qəribə tərəfi də ondan ibarətdir ki, deputat Rafiq Məmmədhəsənov Əsədovun toya gələcəyi saata qədər gəlinlə bəyi gəlin maşınında gözlədib.Bildirilir ki, bu durum spikerin özünü də narahat edib.Qeyd edək ki, bu barədə jurnalist Mahir Məmmədli öz sosial media hesabında yazıb və “Facebook”da ciddi müzakirəyə səbəb olub.BAKU.WS
Oxşar xəbərlər
Milli Məclisin sabiq deputatı vəfat etdi
Milli Məclisin sabiq deputatı Aydın Həsənov vəfat edib. BAKU.WS-in report-a istinadən verdiyi məlumata görə, mərhumun cənazəsi bu gün doğulduğu Cəlilabad şəhəri...