Depuatat yolda qalan bəy və gəlini şadlıq sarayına apardı

Depuatat yolda qalan bəy və gəlini şadlıq sarayına apardı
Sosial 11277

 

Millət vəkili Elşən Musayev ötən gün yolda qalan bəy və gəlini şadlıq sarayına aparıb. 

BAKU.WS-in məlumatına görə, deputat bu barədə öz Facebook səhifəsində yazıb:

"Bayaq qızımla Yeni Yasamaldan taksi ilə evə qayıdırdıq. Bir baxdıq ki, yanımızda "gəlin maşını” qara batıb qalıb. Üstəlik, tıxac var. Allahdan, taksi sürücüsü insaflı adam idi, xahişimi havada tutdu və gəlinlə bəyi maşına almağa etiraz eləmədi. Deyən kimi də gəldilər. Donmuşdular soyuqdan. Düz yarım saata "Alatava” yolu ilə bunları çıxardıq "Şərifzadə”yə. Ordan da bir başqa taksi ilə getdilər şadlıq sarayına…

Fidan yol boyunca bəy və gəlinə o qədər sual verdi ki, adamların toy da yadından çıxdı, qar da, tıxac da. "Qazan dibi” söhbətini isə sona qədər xırdaladı. Ta, dillərindən açıq etirafı alana qədər…

Xoşbəxt olsunlar, İnşallah”

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər