Bakıda ana yeni doğulmuş körpəsindən imtina etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin Sığınacağına müraciət edən qadın yeni dünyaya gətirdiyi körpəsini sığınacağa təhvil verib.
BAKU.WS xəbər verir ki, adı açıqlanmayan qadın bu addımının səbəbini uşağı qeyri-rəsmi münasibətdən dünyaya gətirməsi ilə əlaqələndirib."Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova uşağın körpələr evinə yerləşdiriləcəyini deyir:
"Əlbəttə ki, dövlət müəssisəsinə yerləşdiriləcək. Çox heyif! Bunun acısını isə gələcəkdə bu körpə çəkəcək".
Sığınacağın rəhbəri deyir ki, anaya uşaqdan imtina etməmək təklif edilsə də, qərarının ancaq və ancaq qeyri-rəsmi münasibətdən dünyaya gətirdiyi körpəsindən qurtulmaq olub.
"Əslində qadına uşağını atmazsa ona dəstək olacağımızı təklif etdik. Razılaşmadı, bu dəstəyimizdən imtina etdi və qırarının uşağı sığınacağımıza təhvil vermək olduğunu bildirdi" - M.Zeynalova təəssüflə bildirdi.
Zülfiyyə QurbanovaBAKU.WSOxşar xəbərlər
Bakıda ər ona viski almayan arvadını gecə yarısı döyüb evdən qovdu - FOTO
Bakıda qadına qarşı daha bir ailə məişət zorakılığı yaşanıb.BAKU.WS xəbər verir ki, Səmayə Xəlilova (ad və soyad şərtidir) həyat yoldaşı tərəfindən döyülərək kü...