Bakıda 8-9 bal gücündə zəlzələlər ola bilər - XƏBƏRDARLIQ (VİDEO)

Bakıda 8-9 bal gücündə zəlzələlər ola bilər - XƏBƏRDARLIQ (VİDEO)
Video
Hadisə 28000
Xəzər dənizində Bakını 8-9 bala qədər titrədə biləcək zəlzələlər ola bilər. BAKU.WS xəbər verir ki, bu barədə Seysmoloji xidmət mərkəzinin rəhbəri Qurban Yetirmişli Xəzər Tv-yə müsahibəsində deyib. Onun sözlərinə görə, Xəzər dənizində tez tez zələzələlər baş verir. Bunun da səbəbi həmin ərazinin aktivliyidir. Xəzər dənizində umumilkdə beş-altı potensial zəlzələ ocağının mövcud olduğu bildirilir. Bu baxımdan nə vaxtsa güclü zəlzələrin olma ehtimalı var. Xəzərin seysmik riskinin tam qiymətləndirilməməsinin səbəbinə gəldikdə isə, Qurban Yetirmişli deyib ki, aktiv zəlzələ ocaqlarının konkret sayını demək olmasa da, onlarin çox olduğunu qeyd etmək lazımdır. Qurban Yetirmişli sonda vurğulayib ki, ilin əvvəlindən bu günə ölkə ərazisində 4000-dən çox yeralti təkan yaşanib ki onlardan 53-ü hiss olunan olub. BAKU.WS

Oxşar xəbərlər

Bakıda 8 bal gücündə zəlzələlər ola bilər (RƏSMİ)

Bakıda 8 bal gücündə zəlzələlər ola bilər (RƏSMİ)

“Apardığımız tədqiqatlar göstərir ki, Xəzər dənizində Bakını 8 bala qədər titrədə biləcək zəlzələlər ola bilər”.BAKU.WS xəbər verir ki, bunu Modern.az-a açıqlam...

12474 Hadisə 10:03 29 avqust 2017

Son xəbərlər