Bakıda 4 maşın eyni anda alışıb yandı

22
fev
2017
17:56
Bakının Binəqədi rayonunda istifadəyə yararsız olan 4 ədəd "PEUGEOT” markalı minik avtomobillərinin yanar hissələri yanıb.
BAKU.WS xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə şahidləri Lent.az-a bildiriblər ki, yanğın Baksol yolunda "Fortuna" şirkətinə məxsus dayanacaqda baş verib. Yanan avtomobillər 2003-cü il buraxılışı olub və bir müddət imiş ki, dayanacağa yerləşdirilibmiş.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.
Aynur Ələkbərova
BAKU.WS

Oxşar xəbərlər
Bakıda avtoservisdə yanğın
Bu gün Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan avtoservisin ərazisində bir-birinə bitişik avtomobil təmiri sexlərinin yanar...