Bakıda avtoservisdə yanğın

30
yan
2017
09:13
Bu gün Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan avtoservisin ərazisində bir-birinə bitişik avtomobil təmiri sexlərinin yanar konstruksiyaları və içərisində olan avtomobil ehtiyat hissələri 60 m2 sahədə yanıb.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, bitişik digər sexlər və yaxınlıqda dayanmış iki ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxşar xəbərlər
Bakıda ev yandı: xilasedicilər hərəkətə keçdi
Bu gecə Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 ot...