Bakıda 26 yaşlı qızdan qeyri-adi hərəkət
03
noy
2016
10:12
Bakıda intihara cəhd olub. BAKU.WS xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Samirə Əli qızı Məmmədova yaşadığı evin qapıları qıfıllayaraq təbii qaz xəttini açıb. O, daha sonra Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng edərək bu yolla intihara əl atdığını deyib. Dərhal hadisə yerində polis əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Qapını sındıraraq evə daxil olan polis əməkdaşları S. Məmmədovanı huşsuz vəziyyətdə aşkar ediblər. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır. BAKU.WS
Oxşar xəbərlər
Bakıda silahlı insident: Qapının gözlüyünə saqqız yapışdırdı, sonra atəş açdı
Bakıda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü...