Bakıda 17-ci mərtəbədən yıxılan qadın barədə SON MƏLUMATLAR – VİDEO

Bakıda 17-ci mərtəbədən yıxılan qadın barədə SON MƏLUMATLAR – VİDEO
Video
Hadisə 7969
Bakıda özünü 17-ci mərtəbədən atan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva barədə təfərrüat məlum olub.BAKU.WS xəbər verir ki, 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, “Şərur” MTK-ya məxsus 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb. Hadisə baş verən ərazidən “Space TV”nin əməkdaşı reportaj hazırlayıb. Sakinlər bildirib ki, bina ərazisində uzun müddətdir təmir işləri gedir. Buraya gələn hər kəs rahatlıqla binalara daxil ola bilər. Binadakı mənzillər yarımtikilidir. Daha çox kirayə verilir. Binaya daxil olanda isə heç kim onların kim olduğunu soruşmur. İntihar edən qız bizim binada yaşamayıb. Səhər saatlarında binaya daxil olub. Kanal əməkdaşları isə binaya daxil olanda onlardan kim olduqlarını soruşublar. Bəs intihar edən qızın binaya girişində onun kimliyini öyrənən olmayıb? Bu suala isə binanın komendantı cavab verə bilməyib. Qeyd edək ki, hadisə barədə ilk məlumatı Sputnik yayıb. Bildirilib ki, intihar edən qız alt paltarında olub və həmin binada yaşamırmış. Reportajı təqdim edirik: BAKU.WS

Son xəbərlər