Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO
18
iyl
2018
17:59
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binada intihar hadisəsi baş verib. Belə ki, 5-ci Yasamal, ev 1-də yaşayan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb.BAKU.WS xəbər verir ki, intiharın baş verdiyi 24 B saylı binanın sakinləri hadisə ilə bağlı “Sputnik Azərbaycan”a yeni məlumatlar veriblər. Onların sözlərinə görə, "yoldan keçən", "könlünə ölmək düşən" hər kəs bu binaya üz tutur: "Bizim blokların qapısında qıfıl, şifrə yoxdur. İstəyən hər kəs asanlıqla bloklara girə, mərtəbələrə, hətta dama qalxa bilir. Yaxşı ki, qız düşəndə həyətdəki armaturlara girməyib. Neçə illərdir biz bu ərazidə yaşayırıq, təmir işləri başa çatmır".Sakinlər intihar edən qızın o binada yaşamadığını bildiriblər: "Həmin qız bizim binada yaşamayıb. Eşitdiyimizə görə, "İnşaatçılar" metrostansiyası tərəfdə yaşayırmış. Bizim binaya da səhər tezdən gəlib. Bu fakt binanın müşahidə kameralarına da düşüb"."Qız yerə düşəndə əynində paltarının olmadığı görünsə də, görünür, özünü atanda paltarı kondisionerə ilişərək cırılıb. Baş verənlərlə bağlı hərə bir söz deyir. Bizim binanın balkonları açıqdır. Qız da özünü dəhlizdən atıb. Meyit yerdə olanda hərə bir söz deyirdi" — deyə bina sakini bildiriblər.Şahidlər onu da qeyd ediblər ki, qızın meyiti bir saata yaxın yerdə qalıb: "Heç kim üstünü örtmürdü. Camaat kiçik uşaqları ilə gəlib meyitə baxırdı. Sonradan rəfiqəsi gəldi, ancaq qızın nə problemi olduğunu demədi. Anası da hadisə yerinə gəlmişdi. Qışqırıb ağlayır, qızının niyə bu addımı atdığını adamlardan soruşurdu".Sakinlər xüsusilə vurğulayıblar ki, intiharın baş verdiyi bina, ümumiyyətlə, qalmaqallıdır: "Binadakı mənzillər kimə gəldi, kirayə verilir. Hər gün müxtəlif mənzillərdə mübahisələr, davalar olur".Binanın komendantı Toğrul Kətanov bildirib ki, intihar edən qız gecəni həmin binada keçirməyib: "O, bizim binaya səhər saat 09.27-də daxil olub və 09.38-də intihar edib. Qız binaya tək gəlib. Hadisə 11 dəqiqə ərzində baş verib".T.Kətanovun sözlərinə görə, bina iki ilə yaxındır ki, istismara verilib, buna görə də təmir işləri tam yekunlaşmayıb: "Binanın həyətində qaraj tikilir. Tikinti işləri bitmədiyi üçün həyətdə müəyyən armaturlar var. Qarajın tikintisi başa çatdıqdan sonra binanın qapılarına da şifrə qoyulacaq".Komendant, həmçinin qeyd edib ki, binada mənzillər mənzil sahibləri tərəfindən kirayə verildiyinə görə, o, bu məsələlərə müdaxilə edə bilmir.Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə isə, qız mənzildə tək olmayıb: "Onun yanında olan şəxsin kimliyini müəyyənləşdirmək üçün tədbirlər görülür. Hadisənin qətl olması istisna edilmir. Faktla bağlı araşdırma aparılır".BAKU.WS
Oxşar xəbərlər
Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR – VİDEO
Ötən gün Bakı şəhərinin Yasamal rayonunda baş vermiş intihar hadisəsi barədə cinayət işi başlanılıb.Yasamal rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata gö...