“Bakcell” ANS-i məhkəməyə verib
30
mar
2018
10:34
"Bakcell" MMC ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verib."Report"un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "Bakcell" borcun tutulması barədə tələb irəli sürüb.Məhkəmə iddia qismən təmin edib. Qərardan narazı qalan ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti verib. Şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır."Bakcell"in Korporativ Kommunikasiya Bölməsindən "Report"a bildirilib ki, ANS Müstəqil Yayım və Media Şirkəti "Bakcell"in korporativ abunəçisi olub: "Telekommunikasiya xidmətlərinə görə yaranmış borclarını ödəmədiklərinə görə tərəfimizdən məhkəmədə iddia qaldırılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddiamızı təmin edərək qətnamə çıxarıb. Bundan sonra ANS şirkəti tərəfindən apellyasiya şikayəti verilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır".Xatırladaq ki, "ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziya 2016-cı ildə ləğv edilib.BAKU.WS
Oxşar xəbərlər
Yaqub Zurufçu Vergilər Nazirliyini məhkəməyə verib
Tanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib."Report"un xəbərinə görə, 2 saylı Bakı İ...