Bakı sakinlərinə XƏBƏRDARLIQ – BU avtobusların qrafikində ləngimələr olacaq – SİYAHI
                            
                                29
                                iyn
                            
                                2018
                                09:29
                            
                            
                        “BakuBus” MMC Bakıda bəzi marşrut avtobusların qrafikində qeydə alınan ləngimələrlə bağlı məlumat yayıb."BakuBus"un mətbuat katibi Qabil Babayevin BAKU.WS-ə bildirib ki, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.“BakuBus” MMC yaranan müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir və mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edir", - deyə o bildirib.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
“BakuBus” avtobuslarının yoluna çıxan avtomobillərin yaratdığı təhlükəli vəziyyətlərlə bağlı görüntülər – VİDEO
Bakıda daha bir sürücü idarə etdiyi minik avtomobili ilə “BakuBus” MMC-yə məxsus avtobusun yolunda təhlükəli vəziyyət yaradıb. Şirkətin mətbuat xidmətindən BAKU...