Azyaşlılara siqaret satanlar cərimələndi - FOTO

Azyaşlılara siqaret satanlar cərimələndi - FOTO
Foto
Hadisə 398

Gəncədə azyaşlılara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumat görə, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilib. Reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə mağaza aşkar edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.

Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütamadi olaraq bundan sonra da davam etdiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər

Bakıda yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələniblər

Bakının iki rayonunda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə bildir...

264 Hadisə 15:30 28 dekabr 2019

Son xəbərlər