Azərbaycanlılarla çeçenlər arasında atışma: ölən və yaralananlar var - VİDEO
Moskvanın yaxınlığında yerləşən Zelenoqrad şəhərində yerləşən yerli kafelərdən birində azərbaycanlılarla çeçenlər arasında atışma olub.
BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, hadisə avqustun 6-da səhər saat 5-də baş verib. Atışma zamanı travmatik silahdan istifadə olunub və kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya çatdırılan çeçen əsilli 3 nəfərdən biri ölüb.
Hadisənin məişət zəminində baş verdiyi bildirilir. İnsidentdən dərhal sonra çeçen əsilli şəxslər avtomobilə minərək gözdən itiblər. Lakin polis onları tapmağa müvəffəq olub. Saxlanılan avtomobildə 27-32 yaş arası 4 nəfər olub. Onların üzərinə baxış zamanı 4 bıçaq, elektroşok cihazı və tapança götürülüb.
RenTV kafedə silahlı insidentin videokadrlarını yayımlayıb. Kadrlardan da görünür ki, çeçen olduğu ehtimal olunan 3 nəfər kafeyə girməyə çalışır. Lakin qapı bağlı olduğundan onlardan biri silahdan atəş açmağa başlayır və nalayiq ifadələrlə kafedəkiləri bayıra çağırır. Bu zaman soyuq silahla silahlanmış bir neçə azərbaycanlı bayıra çıxır.
Müşahidə kameralarından kadrlara əsasən, bıçaqlaşma "Dialoq" kafesinin binasında olub. Bu kafe Matuşkino və Savyolki rayonlarının polis idarəsindən 150 metr məsafədə yerləşir.
BAKU.WS
Oxşar xəbərlər
Referendum zamanı atışma - YARALILAR var
Diyarbəkirdə məktəbdə qurulan seçki məntəqəsində silahlı atışma olub. CNN Türk xəbər verir ki, Yabanardı kəndində, məktəbin həyətində 2 qrup arasında baş verən...