Azərbaycanlı qız sevgilisinə ölüm anını çəkib göndərdi, sonra intihar etdi

Azərbaycanlı qız sevgilisinə ölüm anını çəkib göndərdi, sonra intihar etdi
Hadisə 4198

Türkiyənin Aydın şəhərində Azərbaycan əsilli qız intihar edib.

BAKU.WS-in məlumatına görə, 22 yaşlı Hicran Novruzova birlikdə yaşadığı sevgilisi ilə problemlərinə görə özünü asıb. Stulun üzərinə çıxıb boynuna ip keçirən qız şəklini çəkib sevgilisinə göndərib. Şəklin altına "intihar edirəm" deyə yazan qız daha sonra həyatına son qoyub. 

Hadisə ötən gün baş verib. Hicranın Aydında bir PUB-da ofisant işlədiyi və psixoloji problemləri olduğu iddia olunur. Məlum olub ki, qızın sevgilisi də ofisantdır. Mesajı gördükdən sonra sevgilisinə zəng edən oğlan bir nəticə əldə edə bilməyib. Gənc dərhal polisə və təcili tibbi yardıma məlumat verib. Evə girən polis Novruzovanın cansız bədəni ilə qarşılaşıb. 

Hadisə yerində edilən araşdırmanın ardından Novruzovanın cəsədi yarılmaq üçün tibbi ekspertizaya göndərilib.

Sevgilisinin cəsədi evdən çıxarılarkən göz yaşlarına boğulan oğlanı isə polislər sakitləşdirib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakıda 41 yaşlı qadın intihar edib

Bakıda 41 yaşlı qadın intihar edib

Bakıda intihar hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Binəqədi qəsəbəsi, 4-cü mədən, korpus-83, mənzil 2-də qeydə alınıb. Bakı şəhər sakini...

2604 Hadisə 17:03 24 iyun 2016

Son xəbərlər