Azərbaycanlı məşhurlar Türkiyədə dəhşət yaşadı (VİDEO, FOTO)
Türkiyənin Muğla şəhərinin sahillərində 6,7 bal gücündə zəlzələnin baş verməsi bu ölkədə yaşayan və istirahət edən azərbaycanlı məşhurları dəhşətə gətirib.
BAKU.WS-in məlumatına görə, tanınmış simalar bu barədə İnstagram səhifələrində yazıblar.
Türkiyədə yaşayan müğənni İradə İbrahimova marketdən şəkil paylaşaraq dəhşətli gecə yaşadığını bildirib.
"Səhər marketdə qarşılaşdığım mənzərə. Dəhşətli bir gecə yaşadıq... Demək ki, daha yaşanacaq günlərimiz varmış. Allah betərindən qorusun...”, - deyə İradə İbrahimova paylaşdığı fotonun altında yazıb.
Türkiyədə yaşayan digər müğənni Ayan Babakişiyeva da zəlzələnin gücündən çox qorxduğunu bildirib.
"Həyatımda ilk dəfə bu qədər güclü zəlzələni gördüm. Qurban olum Allaha. Bu nədir belə ard-arda. Hələ də davam edir. Bütün millət çöldə-bayırda”, - deyə Ayan Babakişiyeva yazıb.
Teleaparıcı İlkin Həsəni qaldıqları oteldə hər kəsin həyətdə olduğunu yazıb: "Ekstrim istirahətimiz davam edir. Rəsmən 2000-ci ildə baş verən Bakı zəlzələsinin həyəcanını yaşadıq. 6.8 bal, nə bal! Bütün otel həyətdədir. Salamatçılıqdır, dağıntı və tələfat yoxdur".
Bundan əlavə, Həsəni hadisə yerindən çəkilən fotoları izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Türkiyədə ötən gün 6,7 bal gücündə zəlzələ qeydə alınıb. Xeyli sayda insan xəsarət alıb.
Samed
Oxşar xəbərlər
Ayan gecə saatlarında görüşə getdi: "Çox xoşbəxtəm" - FOTO
Azərbaycan estradasının cazibədar müğənnisi Ayan Babakişiyeva sosial şəbəkə hesabında paylaşdığı fotosu ilə maraqları üzərinə çəkib. Milli.Az xəbər verir ki, x...