Türkiyəyə köçən azərbaycanlı müğənni geyimlərini satışa çıxarıb (FOTO)
Bir müddət əvvəl Türkiyəyə köçən müğənni Ayan Babakişiyeva geyimlərini satışa çıxarıb.
BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram" bloqunda bu haqda yazıb.
"Türkiyəyə köçdüyümə görə geyimlərimin bəzilərini satışa çıxarmışam. Ayaqqabılar və başqa əşyalar da var. Əldə etdiyim pulu isə xeyriyyə işinə sərf edəcəyəm. Bu mənim ilk xeyriyyə işim deyil. Dəfələrlə Gəncədə uşaq evlərinə yardım etmişəm. Bu haqda danışmağı xoşlamıram. Satışdan nə qədər pul əldə olunsa, yenə uşaq evinə bağışlayacağam", - deyə Ayan qeyd edib.
Əlavə edək ki, "İnstagram"da "ayanbabakishiyevaoutlet" adlı səhifə açılaraq, geyimlərin fotoları və qiymətləri yerləşdirilib. Geyimlərin qiyməti 20-100 manat arasında dəyişir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı müğənni son model avtomobil aldı (FOTO)
Müğənni Ayan Babakişiyeva yeni avtomobil alıb. BAKU.WS məlumat verir ki, müğənni maşınının fotosunu Instagram hesabında paylaşıb. Sənətçi avtomobili Türkiyəd...