Azərbaycanlı ata 5-ə qədər saya bilmədiyi üçün övladına işgəncə verdi - VİDEO
20
apr
2018
17:59
Rusiyada yaşayan əslən azərbaycanlı olan Bəhram adlı şəxs 4 yaşlı uşağı xüsusi amansızlıqla döyüb.BAKU.WS Minval.info-a istinadən xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində yaşayan 20 yaşlı Bəhram sevgi münasibəti yaşadığı qadının 4 yaşlı qızını kəmərlə zərbələr endirib.Qızın başında, kürəyində, çiyinlərində yaralar əmələ gəlməsinə səbəb olan Bəhram bildirib ki, qızın anası da bu hadisəyə şahid olub, lakin heç bir addım atmayıb. Bəhramın qıza 15 dəfə kəmərlə zərbə yetirməsinə səbəb isə onun 5-ə qədər saya bilməməsidir.Körpə qızın vəziyyətini görən qonşu polisə xəbər verdikdən sonra hadisənin üstü açılıb. Qonşunun sözlərinə görə, belə davam edərsə qızın öləcəyindən qorxub.Hazırda Bəhramı 7 ilə qədər həbs gözləyir. Körpə isə xəstəxanaya yerləşdirilib. Tibb bacısının sözlərinə görə, qız asanlıqla 5-ə qədər saya bilir, ancaq o, çox qorxur və Bəhramın adını eşitdikdə əsməyə başlayır.
Oxşar xəbərlər
Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü
Balakəndə atalığı tərəfindən zorlanma nəticəsində hamilə qalan 12 yaşlı qızın dünyaya gətirdiyi körpə ölüb.BAKU.WSModern.az-a istinadən xəbər verir ki, bu barəd...