Azərbaycanlı aktrisa keçmiş sevgilisinin onu ölümlə hədələdiyini deyir — MÜDHİŞ İDDİA

Azərbaycanlı aktrisa keçmiş sevgilisinin onu ölümlə hədələdiyini deyir — MÜDHİŞ İDDİA
Hadisə 3896

 

Aktrisa-model Əfsanə Qasımova təhdid edilir.

Bu barədə "Ölkə.Az"-a Qasımova özü məlumat verib. Onun sözlərinə görə keçmiş sevgilisi, memar Cahid Həsənov onu ölümlə hədələyir:

"Mənə deyir ki, səni güllələyərəm. Gah deyir ki, məhəllənizə basqın edəcəyəm. Heç cür məndən əl çəkmir. Bir müddət öncə sevgili olmuşuq və sonra ayrılmışıq. Amma indi mənim yaxamı buraxmır. Danışanda deyir ki, aliməm, akademikəm. Qoy millət bunun əsl üzünü görsün".

Qeyd edək ki, Cahid Həsənov Avropa Elmlər Akademiyasının və Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, BMT tərəfindən mədəniyyətə xidmət medalı ilə təltif olunub.

Ə.Qasımova isə bir sıra seriallarda və kliplərdə rol alıb

Mövzunu diqqətdə saxlayacağıq.

BAKU.WS

Son xəbərlər