Azərbaycanda zavodda partlayış: detal qoparıq 50 metr kənara uçdu

Azərbaycanda zavodda partlayış: detal qoparıq 50 metr kənara uçdu
Hadisə 2433

Ötən gün saat 06 radələrində Xaçmaz rayonunun Xudat şəhərindəki "Azərşərab-İ” MMC-nin qazanxanasında (ilkin məlumata əsasən təzyiqin yüksək olmasından) partlayış baş verib.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, nəticədə qazanın buxar çıxan hissəsi qoparaq təxminən 50 metr kənarda yerləşən şəhər sakini Adil Cəbrayılova məxsus fındıq emalı sexinin damına düşərək onu yarasız hala salıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

BAKU.WS

Oxşar xəbərlər

Şirvandakı partlayışda xəsarət alanlardan dördü evə buraxılıb

Şirvandakı partlayışda xəsarət alanlardan dördü evə buraxılıb

Müdafiə Sənayesi Nazirliyi Şirvan "Araz” zavodunda baş verən partlayışda xəsarət alanlarla bağlı rəsmi məlumat yayıb. BAKU.WS-in xəbərinə görə, məlumatda bildi...

1221 Hadisə 12:15 27 iyul 2016

Son xəbərlər