Azərbaycanda qaynanası ilə dalaşan gəlin özünü qana boyadı
29
apr
2017
09:29
Ucar rayon sakini 22 yaşlı Gülnarə Seyfi qızı Rəhimova ailə münaqişəsi zəminində özünü ölümcül yaralayıb.
BAKU.WS xəbər verir ki, qayınanası ilə dalaşan gəlin əsəblərinə hakim ola bilməyərək özünü qarın nahiyəsindən bıçaqlayıb. Təcili Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Rəhimovanın həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, G.Rəhimovanın yaxınlarının "Report”un yerli bürosuna verdiyi məlumatda isə onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqladığı deyilirdi.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda qayınana gəlinini qanına qəltan etdi
Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS "Report”a istinadən xəbər verir ki, Ucar rayonu Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnar...