Azərbaycanda qayınana gəlinini qanına qəltan etdi
28
apr
2017
23:26
Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS "Report”a istinadən xəbər verir ki, Ucar rayonu Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.
Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat edilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
G.Rəhimovanın yaxınlarının "Report”un yerli bürosuna verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqlayıb.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 2 qadın intihar etdi
Azərbaycanda iki qadın intihar edib. Hadisənin biri paytaxtda, digəri isə Zaqatalada baş verib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqa...