Azərbaycanda qadın ərinə mesaj yazan qadını bıçaqlayıb
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Şəmkir Rayon Polis Şöbəsindən "Report”un Qərb bürosuna verilən məlumata görə, Sarıtəpə kəndində rayon sakini, 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmyerlisi 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Gunel Mirzəyeva polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, G.Mirzəyevanın cinayət törətməsinə səbəb uzaq qohumu olan M.Allahverənovanın, onun həyat yoldaşının telefonuna mesaj yazması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda toyda kütləvi dava: 3 nəfər bıçaqlandı
Şəmkirdə toyda kütləvi dava olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü P...