Azərbaycanda qatarın altında qalan şəxsin ayaqlarını kəsdilər

25
mar
2018
13:31
Ağstafa sakinini qatar vurub.APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa Dəmir Yol vağzalında baş verib.Ehtiyatsızlıq nəticəsində Ağstafa şəhər sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Bakıda dəhşət: qatarın altında qalıb öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində - Biləcəri dəmir yolu vağzal...