Azərbaycanda məktəbdə yanğın - şagirdlər təxliyə edildi

Azərbaycanda məktəbdə yanğın - şagirdlər təxliyə edildi
Hadisə 1331
Mingəçevir şəhərində orta məktəbdə yanğın olub."Report"un Şirvan bürosu xəbər verir ki, hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı şitdə qısaqapanma nəticəsində baş verib.Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunub.Hadisə yerinə FHN-nn üç yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstüdən narahatlıq keçirən şagirdlər evə buraxılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər