Azərbaycanda hərbi maşın qatarla toqquşub: yaralı əsgər var

Azərbaycanda hərbi maşın qatarla toqquşub: yaralı əsgər var
Hadisə 1543

Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmiryol ötürücüsünü keçərkən qatarla toqquşub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədə mina partladı: hərbçilərimiz yaralandı

Cəbhədə mina partladı: hərbçilərimiz yaralandı

Tovuz rayonu ərazisindəki qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb. M...

1183 Hadisə 23:27 30 oktyabr 2015

Son xəbərlər