Azərbaycanda fəhlələr uçqun altında qaldı - Ölən var
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda fəhlə tikinti sahəsində uçulan divarın altında qalıb ölüb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib.
Rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlu ilə birlikdə Şıxlar kəndində Quliyeva Sevil Mansur qızına məxsus həyətyanı sahədə yarımçıq tikilini sökərkən divar onların üzərinə aşıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, E.İsmayılov xəstəxanada ölüb.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
BAKU.WSOxşar xəbərlər
Salyanda "06" traktorla toqquşub - Yaralananlar var
Axşam saatlarında Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, rayonun Alçalı kənd...