Azərbaycanda faciəvi hadisə - Azyaşlı balaca qardaşını güllələdi
14
noy
2016
12:25
Astarada 4 yaşlı oğlan özündən bir yaş balaca qardaşını güllələyib.
BAKU.WS xəbər verir ki, Astara rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb. Kənd sakini 4 yaşlı Elvin Zahirzadə babasına məxsus tüfəngdən ehtiyatsızlıqdan atəş açaraq, 3 yaşlı qardaşı Güloğlanı vurub. Yaralı uşaq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İlyas Quliyev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli hadisə: oğul atasını və qardaşını bıçaqladı
Ailə münaqişəsi zəminində Heydərli Samir Müdəris oğlu 80 yaşlı atasını və 47 yaşlı qardaşı Mahirə bıçaqla ağır bədən xəsarətləri yetirib. "Report"un Cənub büro...