Azərbaycanda DƏHŞƏT - Yük maşınından yıxılan oğlanı maşın vurdu - VİDEO
13
iyn
2018
10:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Astara sakini yük maşınından yıxılıb, arxadan gələn digər bir nəqliyyat vasitəsi isə onu vurub. APA TV-nin cənub bürosunun məlumatına görə, bədbəxt hadisə rayonun Siyəku kəndində baş verib.Havalar istiləşdiyindən dağlıq ərazidə olan arı pətəklərini yük maşını ilə Aran zonasına aparan zaman avtomaşının yük yerində olan kənd sakini, 19 yaşlı Şabanov Elton Asəf oğlu ehtiyatsızlıqdan yıxılaraq yüngül xəsarət alıb. Bu zaman həmin yük avtomobilinin arxasınca hərəkətdə olan digər bir minik avtomobili isə E.Şabanovu vuraraq ona xəsarət yetirib.Yaralı ağır vəziyyətlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Açıq kəllə-beyin travması və digər xəsarətlər alan E.Şabanovun vəziyyəti ağır olduğundan Bakı şəhərindən həkim birqadası dəvət olunub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ötüşən maşın qadını belə vurdu - ŞOK GÖRÜNTÜ (VİDEO)
Lənkəranda 30 may tarixində övladını məktəbdən gətirməyə gedən qadını avtomobilin vurduğu an kameraya tuş gəlib. BAKU.WS-in məlumatına görə, hadisə M.F.Axundov...