Azərbaycanda ötüşən maşın qadını belə vurdu - ŞOK GÖRÜNTÜ (VİDEO)

Azərbaycanda ötüşən maşın qadını belə vurdu - ŞOK GÖRÜNTÜ (VİDEO)
Video
Hadisə 8747
Lənkəranda 30 may tarixində övladını məktəbdən gətirməyə gedən qadını avtomobilin vurduğu an kameraya tuş gəlib. BAKU.WS-in məlumatına görə, hadisə M.F.Axundov küçəsində, 5 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, rayon sakini, 28 yaşlı Aqil Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirməyə çalışarkən qarşı yolda idarəetməni itirib. Sürücü maşını əvvəlcə maneəyə vurub. Sonra isə piyada, 37 yaşlı Esmira Əliyevanı vuraraq avtomobili aşırıb. Müxtəlif dərəcəli bədən xəsarət alan qadın ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İsmayıllıda avtomobili çaya düşən Qarabağ əlili ağır xəsarət alıb

İsmayıllıda avtomobili çaya düşən Qarabağ əlili ağır xəsarət alıb

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.APA-nn yerli bürosunun xəbərinə görə hadisə İsmayıllı şəhərində qeydə alınıb.Şəhərin Cavanşir küçəsini...

1338 Hadisə 13:59 21 mart 2018

Son xəbərlər