Azərbaycanda avtomobil hamilə qadını vurdu, sürücü qaçdı
Abşeron rayonunda yolu piyada keçidi ilə keçən qadını avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Saray qəsəbəsi Mikayıl Müşviq küçəsində qeydə alınıb.
Həmin küçədə piyada keçidi ilə hərəkət edən Əliyeva Elnarə Əlisəttar qızını "QAZ 31029" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb.
Ağır xəsarət alan E.Əliyeva Sumqayıt Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, E.Əliyeva altı aylıq hamilədir və onun körpəsi tələf olub. Qadının vəziyyəti ağırdır.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları piyadanı vurub qaçan şəxsin 10 XH 453 dövlət qeydiyyat nişanlı "QAZ 31 029" markalı avtomobili idarə edən Quliyev Ramil Bahadur oğlu olduğunu müəyyənləşdirib. Məlum olub ki, R.Quliyevin sürücülük vəsiqəsi yoxdur.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda inanılmaz olay: qonşusunu bilmədən vurub öldürdü, özü də komaya düşdü
Abşeron rayon sakini avtomobili ilə gətirdiyi şəxsi bir dəqiqə keçməmiş vuraraq öldürüb. "Report"un xəbərinə görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb....