Bakıda "avtoş" yol polisini vurub qaçdı

Bakıda avtoş yol polisini vurub qaçdı
Hadisə 1146
 

Bakıda yol polisi əməkdaşını maşın vurub.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 17.30 radələrində "Azneft” dairəsində qeydə alınıb.

Polisin "saxla" əmrinə tabe olmayan "Daewoo” markalı avtomobil xidmətdə olan yol polisi inspektorunu vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya aparılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən sürücü Bayraq Meydanı yaxınlığında saxlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər. Xəsarət alan polis əməkdaşının Nəsib Həsənov olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda polisə tabe olmayan qadın sürücü həbs edildi (VİDEO)

Bakıda polisə tabe olmayan qadın sürücü həbs edildi (VİDEO)

Fevralın 23-ə keçən gecə Bakıda yol polisi əməkdaşlarının əmrinə tabe olmayan qadın sürücü barəsində məhkəmə qərarı çıxarılıb. BAKU.WS-in APA-ya istinadən verd...

3708 Hadisə 09:49 25 fevral 2016

Son xəbərlər