Azərbaycanda inanılmaz olay: qonşusunu bilmədən vurub öldürdü, özü də komaya düşdü

Azərbaycanda inanılmaz olay: qonşusunu bilmədən vurub öldürdü, özü də komaya düşdü
Hadisə 1772

 

Abşeron rayon sakini avtomobili ilə gətirdiyi şəxsi bir dəqiqə keçməmiş vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Məlumata görə, Abşeron rayon sakini (adı hələlik məlum deyil) "Ford" markalı yük avtomobili ilə gətirdiyi 1965-ci il təvvəllüdlü Mirzəyev Hafiz Budaq oğlunu küçədəki marketin yaxınlığında düşürüb. H.Mirzəyev daxil olub, dərhal da çıxıb. Bir dəqiqə əvvəl onu avtomobillə gətirən qonşusu isə H.Mirzəyevi ehtiyatsızlıqdan avtomobillə vurub.

Ağır yaralanan H.Mirzəyev sakinlərin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, "Ford" markalı avtomobilin sürücüsü H.Mirzəyevin qonşusudur və o, hadisənin şokundan komaya düşüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dostlarını öldürən şəxslərə 60 il həbs verildi

Bakıda dostlarını öldürən şəxslərə 60 il həbs verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmə ic...

2445 Hadisə 15:15 12 oktyabr 2016

Son xəbərlər