Azərbaycanda bələdiyyə sədri ilə idarə rəisi dalaşdı
Neftçalada bələdiyyə sədri ilə "kommunxoz” müdiri arasındakı davanı polis araşdırır.
Neftçala Bələdiyyəsinin sədri Aydın Aslanovla Neftçala şəhər Kommunal Təsərrüffat İdarəsinin rəisi Firudin Nağıyev arasındakı mübahisəyə polis qarışıb.
Virtualaz.org saytının xüsusi müxbirinin əldə etdiyi məlumata görə, bələdiyyə tərəfindən şəhərdəki inzibati binanın qarşısındakı küçəyə məhdudlaşdırıcı zəncir sədd çəkilibmiş ki, xidməti və digər avtomaşınlar binanın giriş qapısında aralıda dayanaraq piyadalara maneə yaratmasınlar. Bu isə Neftçala şəhəri üzrə icra nümayəndəsi Gülqədəm Mirzəzadənin xoşuna gəlmədiyindən Kommunal Təsərrüffat İdarəsinin rəisinə göstəriş verib ki, həmin zəncirləri küçədən yığışdırsın. Elə dava da bu səbəbdən baş verib.
Bələdiyyənin də yerləşdiyi inzibati binanın qarşısına quraşdırdığı zəncirli səddin traktorla dağıdıldığından əsəbiləşən bələdiyyə sədri "kommunxoz” müdirinə hücum edib. İnzibati binanın qarşısında səs-küylə müşayət olunan hadisə yerinə polis əməkdaşları çağırılıb. Bələdiyyə sədrinin "kommunxoz” müdiri arasındakı dava rəsmiləşdirilib.
Onu da qeyd edək ki, bələdiyyə sədri Aydın Aslanov özü də keçmiş polis işçısıdir. 90-cı illərdə Neftçala rayon Polis Şöbəsində polis nəfəri olub.
Hazırda baş verənlərlə bağlı Neftçala rayon Polis Şöbəsində araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
"ASAN Kommunal" nə işə yarayacaq?
"ASAN Kommunal" mərkəzlərində vətəndaşların rahatlığı üçün bütün işlər görüləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respub...