Azərbaycanda bir ailə doğum günü tortundan zəhərləndi
28
noy
2018
10:15
Qazax rayonunda kütləvi qida zəhərlənməsi olub."Report"un Qərb bürosunun məlumatına görə, Qazax şəhər sakinləri, 1950-ci il təvəllüdlü Faiq Kərim oğlu Xudiyev, 1993-cü il təvəllüdlü Elmira Maksim qızı Xudiyeva, 1991-ci il təvəllüdlü Xudiyeva Vusal Faiq oğlu və 1957-ci il təvəllüdlü Yusifova Almaz Həmid qızı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlərin bir ailənin üzvləri olduğu bildirilir və onların doğum günü tortundan zəhərləndiyi ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Hacıqabulda iki maşın toqquşub, 8 nəfər yaralanıb
Hacıqabul rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistr...