Azərbaycanda 7 oğlanın qaçırdığı 21 yaşlı qızla bağlı YENİ TƏFƏRRÜATLAR

Azərbaycanda 7 oğlanın qaçırdığı 21 yaşlı qızla bağlı YENİ TƏFƏRRÜATLAR
Hadisə 4189
Ağcabədidə 21 yaşlı qızın qaçırılması ilə bağlı bəzi məqamlar məlum olub.BAKU.WS xəbər verir ki, rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, qaçırılan 21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir:“Onlar Laçın rayon sakinləridir. Rayon işğal olunandan sonra Ağcabədidə məskunlaşıblar. Ailənin 4 qızı var, ikisi ailə qurub. Çox kasıbdırlar. Ataları rəhmətə gedib. Ailə bütünlüklə analarının öhdəsindədir.Qızı, məktəbdən gələrkən qaçırıblar. Mindiyi maşının şüşələrini qırıq-qırıq edərək, qızı ordan çıxarıblar. Yəni belə vəhşilik ediblər. Qızı aparanlar İsmayıllı rayonunda yaşayan Laçın sakinidir. Qız da oğlanı sevmir - ən dəhşətlisi budur…”Qeyd edək ki, Ağcabədi rayonunda 21 yaşlı tələbə qaçırılıb. Hadisə, qız dərsdən evə qayıdarkən baş verib. 7 nəfər oğlan avtomobilin şüşələrini sındıraraq qızı maşından çıxarıb.21 yaşlı Sevinc Musayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının 4-cü kurs tələbəsidir.BAKU.WS

Son xəbərlər