Azərbaycanda dəhşətli olay: 34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürdü

Azərbaycanda dəhşətli olay: 34 yaşlı kişi qaçırdığı qızı boğaraq öldürdü
Hadisə 3611

 

Yardımlı rayonunda qətl hadisəsi baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Yardımlı rayonunun Telavar kəndində baş verib.

23 yaşlı Babayeva Natavan Azəddin qızı həmkəndlisi, 34 yaşlı Təhməzov Niyaz Baxas oğlu tərəfindən boğularaq öldürülüb. 

Hadisənin təfərrüatına gəlincə, bir müddət əvvəl N.Babayeva həmkəndlisi N.Təhməzov tərəfindən qaçırılıb. Sonradan aralarında yaranan münaqişə səbəbindən N.Təhməzov qaçırdığı qızı kənddə boş evlərin birinin tövləsində boğaraq öldürüb.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda qızı tərəfindən döyülən ana öldü

Azərbaycanda qızı tərəfindən döyülən ana öldü

Hacıqabulda bir müddət əvvəl qızı tərəfindən döyülən 52 yaşlı qadın ölüb. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, Hacıqabul rayonu Meyniman kənd sakini, 1...

2313 Hadisə 12:48 06 noyabr 2016

Son xəbərlər