Azərbaycan səfirliyinin maşınına bomba atıblar? - RƏSMİ AÇIQLAMA

Azərbaycan səfirliyinin maşınına bomba atıblar? - RƏSMİ AÇIQLAMA
Hadisə 3527
Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşlarına və səfirliyin avtomobillərinə qarşı heç bir terror hadisəsi baş verməyib.BAKU.WS xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən Kiyevdə Azərbaycan səfirliyinin avtomobilinə partlayıcı qurğunun atılması barədə məlumatları şərh edərkən bildiriblər. Səfirlikdən Ukraynada bu gün terror aktının olmasını təsdiqləyiblər. "Lakin səfirliyin bütün işçiləri işdədir və avtomobilləri ilə bağlı heç bir problem olmayıb. Ukrayna ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bizim səfirliyə qarşı terror hadisəsinin olması ağlabatan deyil", - deyə səfirlikdən bildirilib. Qeyd edək ki, "korrspondent.net" saytının yaydığı məlumata görə, bu gün Kiyevdə Qruşev küçəsində partlayış baş verib. Kiyev polisindən bildirilib ki, ərazidə naməlum partlayıcı qurğunun işə salınması nəticəsində bir qadın və bir kişi xəsarət alıb. Hadisənin təfərrüatları araşdırılır. Sosial şəbəkələrdə isə Azərbaycanın Ukraynadakı səfirliyinin avtomobilinə partlayıcı qurğunun atıldığı, lakin onun avtomobilə dəymədiyi barədə məlumatlar yayılıb. BAKU.WS

Son xəbərlər