"Azərbaycan Dəmir Yolları"nın işçisi özünü asdı

Azərbaycan Dəmir Yollarının işçisi özünü asdı
Hadisə 1520
"Azərbaycan Dəmir Yolları" QSC-nin işçisi intihar edib. BAKU.WS "Report"-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib. "Azərbaycan Dəmir Yolları"nın Biləcəri Dəmir Yolu stansiyasında qatarların hərəkət tənzimləyicisi işləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1970-ci il təvəllüdlü Sultanov İslam Ramazan oğlu intihar edib. O, gecə saatlarında özünü dəmir yolu stansiyasının anbarında asıb.Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər