Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib
07
iyl
2025
13:59
ABŞ-nin Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov ABŞ dövlətinə qarşı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunaraq saxlanılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Kaliforniya məhkəməsi məlumat yayıb.
Bildirilib ki, istintaq materiallarına əsasən, Sevindik Hüseynov saxta tibbi xidmət sənədləri, təqdimatlar, göndərişlər və fakturalar vasitəsilə ABŞ-nin sağlamlıq sistemindən külli miqdarda vəsait mənimsəyib.
Hüseynov ölkəni tərk etməyə çalışarkən saxlanılıb.
Oxşar xəbərlər
Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm
Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. BAKU.WS İqtisadiyyat.az-a istinadən xə...