Azərbaycanda polis 13 yaşlı qızı axtarır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda 13 yaşlı qız itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Həmin şəxsin əlamətləri belədir: boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda polis bu qadını axtarır - FOTO
Tovuzda 25 yaşlı qadın itkin düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Əsrik Cırdaxa...