Tovuzda ana və azyaşlı oğlu itkin düşüb - FOTO

Tovuzda ana və azyaşlı oğlu itkin düşüb - FOTO
Hadisə 226

Tovuzda itkin düşən ana və beş yaşlı oğlu axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı, 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabrın 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

T.Aslanovanın boyu 155 santimetr, saçları sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Azərbaycanda polis bu şəxsi axtarır - FOTO

Azərbaycanda polis bu şəxsi axtarır - FOTO

Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyul ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə BAKU.WS-in yerli bürosu...

1333 Hadisə 15:19 28 iyul 2021

Son xəbərlər