Azərbaycanda ana və azyaşlı övladı itkin düşdü

Azərbaycanda ana və azyaşlı övladı itkin düşdü
Hadisə 305

Ağstafa rayon Köçəsgər kənd sakinləri, 1995-ci il təvəllüdlü Qurbanova Aişə və övladı 2016-cı il təvəllüdlü Nuray Əsədova aprelin 25-də yaşadığı evdən çıxaraq Tovuz rayon istiqamətinə gedərək bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə bildirilib.

A.Qurbanovanın əlamətləri belədir: boyu 166 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, sol yanağında qara xal var.

Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, ayağında qara rəngli idman ayaqqabısı olub.

Övladının əynində qara rəngli şalvar, bənövşəyi kofta, ağ-qara rəngdə idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02231-5-00-94 şəhər və (070) 213-64-00, (051) 611-79-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Xızıda ana və üç övladı itkin düşüb - FOTO

Xızıda ana və üç övladı itkin düşüb - FOTO

Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xızı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Xızı rayonu, Qız...

1218 Hadisə 16:16 20 yanvar 2020

Son xəbərlər