Azərbaycanda polis bu qadını axtarır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuzda 25 yaşlı qadın itkin düşüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Əsrik Cırdaxan kənd sakini, 1998-ci il təvəllüdlü Afət İsmayılova oktyabr ayının sonlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Həmin şəxsin əlamətləri belədir: Boyu 160 sm, gözlərinin rəngi qaradır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Polis itkin düşən bu şəxsi axtarır - FOTO
Tovuzda itkin düşən şəxs axtarılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Tovuz rayon Əlibəyli...