Azərbaycanda maraqlı dələduzluq: Cadu edildiyini deyib soydu
Yeniliklərdən dərhal xəbərdar olun
Qaxda maraqlı dələduzluq hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, cadu təmizləmək adı ilə rayon sakini A.S.-yə məxsus qızıl boyunbağı və üzüyü oğurlayıblar.
Qadın bildirib ki, evinə gələn şəxs ona cadu edildiyini və təmizləmək üçün qızıl boyunbağı və üzüyünü yaxınlıqdakı bir yerə aparmalı olduğunu deyib.
Qadın qızıl boyunbağı və üzüyünü həmin şəxsə təhvil verib, amma o, geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, faktla bağlı polisə müraciət daxil olub:
"Hazırda məsələ ilə əlaqədar Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. Vətəndaşlarımızı dələduzların belə əməllərinə aldanmamaları üçün diqqətli olmağa çağırırıq".
Oxşar xəbərlər
Pozğun qayınanaya şok hərəkət - "Qanı üstünə sildim..." - Dəhşət dolu cinayət
Goranboy rayonunda qayınanasını öldürməyə cəhd etməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Kürdoğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAK...