Azərbaycanda dəhşət - Sürücü avtomobillə vurduğu piyadanın boğazını kəsdi

Azərbaycanda dəhşət - Sürücü avtomobillə vurduğu piyadanın boğazını kəsdi
Hadisə 363

Oktyabrın 12-si saat 18 radələrində Füzuli rayonu ərazisində1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bununla bağlı Füzuli Rayon Prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun aralarında yaranmış mübahisə zamanı Ceyhun Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Müşfiq Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Sumqayıtda gəncin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA

Sumqayıtda gəncin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA

Oktyabrın 10-u saat 4 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğun...

109 Hadisə 10:40 11 oktyabr 2021

Son xəbərlər